Laslo Kovaç

Laslo Kovaç

Operator

BİOQRAFİYA

Laslo Kovaç 14 may 1933-cü ildə Sesedə (Macarıstan) anadan olub. Amerika Kinematoqrafçılar Cəmiyyətinin idarə heyətinin üzvü idi. Qrup yoldaşı Vilmoş Jiqmondo ilə birlikdə gizli şəkildə 1956-cı ildə Macarıstan üsyanını məktəbdən icazə ilə götürdüyü Arriflex kamerası ilə 35 mm-lik ağ-qara lentə çəkirlər. Həmin ilin noyabrında 9100 metrlik lenti qaçaqmalçılıq yolu ilə Avstriyaya, oradan da 1957-ci ildə bu lenti satmaq üçün Amerika Birləşmiş Ştatlarına gedirlər. Amma həmin vaxt artıq Macarıstan inqilabı diqqət mərkəzində deyildi. Həmin kadrlar yalnız 1961-ci ildə Uolter Kronkaytın sənədli filmində CBS kanalı vasitəsilə nümayiş olunur. Kovaç 1963-cü ildə ABŞ-da vətəndaşlıq alır. O, bir neçə dəfə iş yerini dəyişdirir: kuryer işləyir, sığorta şirkətində mikrofilmlərin nəşri ilə məşğul olur. 21 iyul 2007-ci ildə ABŞ-da vəfat edir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/L%C3%A1szl%C3%B3_Kov%C3%A1cs_(cinematographer)

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç