P.J.Hoqan

P.J.Hoqan

Rejissor, ssenarist

BİOQRAFİYA

Pol Con Hoqan 30 noyabr 1962-ci ildə Avstraliyanın Brisben şəhərində anadan olub. Yeniyetmə yaşlarına qədər o, Yeni Cənubi Uelsin şimal sahilində yaşayır və Mt.St. Patrick Kollecinə qatılır. Kollecdə təhsil alarkən, o, zorakılığın qurbanı olur. "Mental" filmini özünün çətin, yeniyetmə dövrünə əsaslanaraq çəkib. Hoqanın rejissorluq debütü 1984-ci ildə "Getting Wet" adlı qısametrajlı filmlə olur. Sonra kiçik filmlər çəkməyə başlayır. 1990-ciı illərdə bir neçə televiziya serialı, o cümlədən "Uçan həkimlər" və "Lift" filmlərə ssenari yazır. İlk böyük hiti 1994-cü ildə "Muriel's Wedding" adlı Avstraliya filmi olur. Bu film, aktyorlar Toni Kollett və Reyçel Qriffitə karyeralarını başlamağa kömək edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/P._J._Hogan

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç