Bill Kondon

Bill Kondon

Rejissor, ssenarist

BİOQRAFİYA

Bill Kondon 22 oktyabr 1955-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Polis detektivinin oğludur. Regis orta məktəbində təhsil aldıqdan sonra Kolumbiya Universitetinin Kolumbiya kollecində təhsilini davam etdirib. O, “Tanrılar və bədheybətlər”, “Kinsey”, “Arzu olunan qızlar” filmlərinə həm ssenari yazıb, həm də rejissorluq edib. “Çikaqo” filminin ssenarisini yazıb, “Alatoranlıq” filmlərinin iki hissəsinə və “Gözəl və vəhşi” filmlərinə rejissorluq edib. “Çikaqo” filminə görə “Oskar” mükafatına namizəd göstərilib, “Tanrılar və bədheybətlər” filminə görə isə bu mükafata layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Bill_Condon

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç