Mona Aşaş
Rejissor, ssenarist, aktrisa, operator
Mona Aşaş 18 mart 1981-ci ildə anadan olub. 2002-ci ildə ”Doğum haqqında şəhadətnamə” filmini çəkib və burada 500-dən çox doğum haqda şəhadətnaməyə istinad edib. 2004 və 2007-ci illərdə çəkdiyi qısametrajlı “Süzanna” və “Vava” filmlərinə görə mükafatlara layiq görülüb. Monanın ilk bədii filmi 2009-cu ildə çəkilən “Kirpi” filmidir. Film Fransada, daha sonra isə 30-dan çox ölkədə təqdim edilib. Bundan sonra Mona bir neçə ssenarinin yazılmasında iştirak edir. Onun ikinci bədii filmi 2014-cü ildə çəkilən “Gözəlçələr” olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: