Svyatoslav Podqaevskiy
Rejissor, ssenarist, montajor, aktyor, prodüser
Svyatoslav Podqaevskiy 8 fevral 1983-cü ildə Moskvada anadan olub. Universitetdə təhsil aldığı dövrlərdə, Qorki adına kinostudiyada montajçı işləyirdi. Həm də NTV kanalında rejissor idi. 2004-cü ildə 10 dəqiqəlik qısametrajlı ”Ceday” filmini, daha sonralar ”Səyahət”, ”Yaxın insanlar”, ”Qeyri-İnsan” kimi filmləri çəkir. Əsasən qorxu filmlərinin rejissoru kimi tanınır. Karyerasına qısametrajlı filmlərlə başlayıb, amma sonra “18 Sahiblik” (2013), ”Qaratoxmaq qadın: Qara ayin”(2015), ”Gəlin” (2017) filmlərini çəkib. Yaradıcılıq ilərində Svyatoslav bir sıra musiqilərə klip də çəkib. 2009-cu ildə o, qısametrajlı "Krizis sindromu"nu lentə alır və bununla "27+1" kinofestivalının iştirakçısı olur. 2010-cu ildə bu film Miçiqanda "Grand-Repids" amerika festivalına yol tapıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%BE%D0%B4%D...