Şarlotta Bronte
Ssenarist
Şarlotta Bronte 21 aprel 1816-cı ildə Böyük Britaniyada anadan olub. Üç Bronte bacılarının ən böyüyüdür. Əsərlərinin ilk ikisini "Karrer Bell" təxəllüsü ilə yayımlayıb. Şarlotta, 19-cu əsr, Viktoriya dövrünün ən bilinən qadın yazıçılarındandır. O, 1824-cü ildə əlverişsiz şəraitindən dolayı "Clergy Daughters" adlı məktəbdən ayrılır və təhsilini "Roe Head" adlı digər bir məktəbdə davam etdirir. Daha sonra 1835-1838-ci illər arasında məhz, bu məktəbdə müəllim olaraq işləyir. Sonraki illərdə o, müxtəlif ailələrin yanında tərbiyəçi olaraq fəaliyyət göstərir və 1841-ci ilə qədər bu işlə məşğul olmağa davam edir. "Shirley" "Vilette" "The Professor" (vəfatı sonrası, 1857-ci ildə nəşr olunub) kimi romanlar qələm alan yazıçı, daha çox, 1847-ci ildə yazdığı ilk əsəri olan "Ceyn Eyr" romanı səbəbi ilə böyük nəaliyyət qazanıb və London da təşkil edilən müxtəlif ədəbi məclislərə dəvət alıb. Məşhur ingilis yazıçı "Elizabet Qaskell" ilə tanışlığı da məhz, bu dəvətlər vasitəsi ilə olub. Hətta, "Elizabet Qaskell" daha sonra, 1857-ci ildə nəşr olunmuş "Şarlotta Bronte Bioqrafiası" adlı kitab da qələmə alıb. Bacılarının ölümü səbəbi ilə tək qalan Şarlotta, daha sonra atasının köməkçisi "Artur Bell" ilə ailə həyatı qurur, lakin evliliyindən bir il sonra, 1855-ci ci ildə, 38 yaşında xəstəlikdən dolayı vəfat edir. Bu zaman O, yazmağı planladığı "Emma" adlı romanı üzərində çalışırdı. Bugünkü gün "Şarlotra Bronte" heçbir gücün boyunduruğu altına girmədən və səhv yola yönəlmədən, öz ayaqları üzərində duran ideal qadın xarakterini yaratdığı "Ceyn Eyr" romanı ilə, öz gücünün fərqində olan hər bir qadının qəlbində yaşamağa davam edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://az.wikipedia.org/wiki/%C5%9Earlotta_Bronte