Emin Sabitoğlu

Emin Sabitoğlu

Bəstəkar

BİOQRAFİYA

Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhman və İsmət xanım İrəvanskinin ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya daxil olub. Dahi bəstəkar Qara Qarayevin sinifində oxuyub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib. 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən artıq mahnı, doqquz musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Emin Sabitoğlunun ilk həyat yoldaşı Cəmilə xanım olub. Onlar hələ kiçik yaşlarından tanış idilər, Bakıdakı Bülbül adına musiqi məktəbində bir sinifdə oxuyublar. Hər ikisi konservatoriyaya daxil olur. 1962-ci ildə isə uzun müddət br-birini sevən cütlük evlənir. Cəmilə xanımla evliliyindən doğulan (1964) yeganə qızı Ceyran Mahmudova musiqişünasdır. E.Sabitoğlu ikinci dəfə 1987-ci ildə müğənni Xədicə Abbasova ilə ailə həyatı qurur. 1994-cü ildən ömrünün sonunadək öz pedaqoji fəaliyyətini Türkiyədə davam etdirərək İstanbul Texniki Universitetinin “Türk xalq musiqisi” şöbəsində çalışıb. Ömrünün son altı ilini Türkiyədə keçirən Emin Sabitoğlu 18 noyabr 2000-ci il tarixində Bakıda vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Emin_Sabito%C4%9Flu

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç