Həsən Seyidbəyli

Həsən Seyidbəyli

Rejissor, ssenarist

BİOQRAFİYA

Həsən Mehdi oğlu Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakıda (Azərbaycan) anadan olub. Ailədə üç qardaş olublar. 132 nömrəli orta məktəbi bitirib. 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib. "İmtahan", "Qızılaxtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. "Kür sahillərində" (1953), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən cəbhəyə" (1961), "İllər keçir" (1973, İ.Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ.Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ.Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadəyə həsr olunub. Əsərləri bir sıra xarici dillərə tərcümə edilib. Həsən Seyidbəyli ictimai xadim kimi də Azərbaycan kinosunun inkişafına böyük təkan verib, 1963-1975-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə heyətinin I katibi, 1975-1980-ci illərdə sədri vəzifəsində çalışıb. Filmləri Ümumittifaq Kino festivallarında mükafat və diplomlara layiq görülüb. "Uzaq sahillərdə", "Telefonçu qız", "Qızmar günəş altında", "O qızı tapın", "Nəsimi" ,"Bizim Cəbiş müəllim" və.s kimi tanınmış filmləri ərsəyə gətirib. "Bizim Cəbiş müəllim" filmində öz uşaqlarını da çəkib. 1955-ci ildə qızı Məryəm dünyaya gəlib. Həsən Seyidbəyli gənc yaşlarında şəkər xəstəliyinə tutulub. Həsən Mehdi oğlu Seyidbəyli 25 iyun 1980-ci ildə infarktdan vəfat edib. II Fəxri Xiyabanda dəfn edilib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99n_Seyidb%C9%99yli

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç