Həkimova Svetlana

Həkimova Svetlana

Actrisa

BİOQRAFİYA
Həkimova Svetlana 1940-cı ildə Sumqayıt şəhərində anadan olub. 1968-ci ildən Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. 1959-cu ildən Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət Evinin nəzdində yaradılmış xalq teatrında müxtəlif səpgili rollarda çıxış edib. Onun S.Vurğunun "Fərhad və Şirin" əsərindəki Şirin obrazı Ümumittifaq festivalında "Qızıl medal"a layiq görülüb. Sumqayıt Dövlət Teatrında işlədiyi on il ərzində xarakterik obrazları ilə tamaşaçıların sevimlisinə çevrilib. 1978-1990-cı illədə S.Həkimova Ağdam Dövlət Dram Teatrında, 1990-1992-ci illərdə isə Füzuli Dövlət Dram Teatrında işləyib. 1992-ci ildən bu günə kimi aktrisa H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışır. S.Həkimova Sumqayıt teatrının səhnəsində onlarla yadda qalan obrazlar yaradıb. Onlardan Gülüş ("Sevil", C.Cabbarlı), Gülcahan ("Kəndimizin javanları", Ə.İlham), Fez ("Qəribə missis Səvic", Con Patrik), Gülcamal ("Müsibəti Fəxrəddin", N.B.Vəzirov), Naza ("Duel", M.Bayciyev), Hakimin qızı ("Demoklisin qılıncı", N.Hikmət), Nami ("Qəribə marka", Holfred), Şıltaq qız ("Paralelin nəbzi", R.Heydər), Tahir ("İnam", F.Məmmədov) və sair göstərmək olar. C.Cabbarlının "Solğun çiçəklər" əsərindəki Sara rolunu Svetlana xanım böyük bir səmimiyyətlə, ehtiras və həyəcanla yaradıb. 2000-ci ildə Respublikanın əməkdar artisti, daha sonra xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə Respublika Prezidentinin mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Svetlana_H%C9%99kimo...


FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç