Bəhram Bağırzadə
Aktyor
Bəhram Arif oğlu Bağırzadə 4 sentyabr 1972-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-1989-cu illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1989-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə həmin institutu bitirib. İxtisası teatr rejissorudur. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci il ŞHK "Əsrin Çempionu" olub. MDB ŞHK yığmasının üzvüdür. 1992-ci ildən karikatura çəkir, karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalareya" jurnalının naşiridir. Bağırzadənin tanınmasında müstəsna rolu "Şən və Hazırcavablar Klubu"nda, "Bakılı Oğlanlar" komandasında çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992, 1993-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və iyirminci əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: