Elvin Əhmədov

Elvin Əhmədov

Aktyor

BİOQRAFİYA

Elvin Əhmədov 1990-cı il fevralın 3-də Salyanda anadan olub. Bakı şəhəri nizami Rayonundaki 10 saylı məktəbdə təhsil alıb. 2007-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşalar və tədbirlər rejissoru fakültəsinə qəbul olub. 2008-2009-cu illərdə Dövlət Sərhəd qoşunlarında xidmət edib.Bir çox film və seriallarda fərqli obrazlar yaradıb. Baş rolda iştirak etdiyi "Dolu" bədii filmi 2013-cü ildə "Zirvə" mükafatina layiq görülüb. "Tufanlı səma","Sənin deyil", "İkinci bahar", "Qanun naminə", "Son hədd", "Sənə inanıram", "Sübhün səfiri", "Tərsinə çevrilən dünya", "Durnalar Qayıdanda", "Biznesmen", "Həyatımın rolu" kimi ekran işlərində aktyor və rejissor (və rej.assist.) kimi çalışıb. Elvin Əhmədovun quruluşçu rejissor kimi ilk lentə aldığı film "Sara" filmidir. "Sara" filmi dedektiv, triller janrında çəkilib. Filmdə Elvin Əhmədov Xalq artisti Rasim Balayevlə tərəf-müqabili olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://az.wikipedia.org/wiki/Elvin_%C6%8Fhm%C9%99...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç