Məmməd Səfa

Məmməd Səfa

Aktyor

BİOQRAFİYA

Məmməd Səfa 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olub. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980-1984-cü illərdə M.A. Əliyev adına ADİİ-nin aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Texnikumu bitirdikdən sonra təyinatla Şabran Mədəniyyət Evində işləyib. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirib. Filmoqrafiyasına 1995-ci ildə çəkilən " Məbhus" filmi ilə başlasada, 2007-ci ildə ən gözəl rolunu mənfi qəhrəman kimi canlandırdığı "Cavid Ömrü " filmində yaradır. Ard-arda 25-dən yuxarı filmə çəkilib.
Hazırda "Yuğ" Teatrının aktyorudur. İncəsənət Universitetində baş müəllim kimi dərs deyir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülüb. Evlidir, iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_S%C...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç