Aqil Abbasov

Aqil Abbasov

Ssenarist

BİOQRAFİYA

Aqil Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində (Azərbaycan) doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlayıb. "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977-1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987-1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir. 2008-ci ildə 258 səhifəlik "Dolu" romanını qələmə alır. Eyniadlı romana 2012-ci ildə eyniadlı "Dolu" filmi çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://az.wikipedia.org/wiki/Aqil_Abbas

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç