Nəcibə Behbudova

Nəcibə Behbudova

Aktrisa

BİOQRAFİYA
Nəcibə Behbudova 6 yanvar 1914-cü ildə Tiflisdə anadan olub. Əslən qarabağlıdır. Məşhur müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.
1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinyəlici kimi Bülbülün konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Səsi messo-soprano idi. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflisdə Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalarda dəvətli aktrisa kimi çıxış edib. 1 noyabr 1937-ci ildən 9 may 1939-cu ilə kimi isə teatrın aktyor ştatında olub. Bir müddət osmanlı türklərinin və azərbaycanlıların məskunlaşdıqları Gürcüstanın Adıgün rayonunda Kolxoz Teatrında çalışıb.
Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdə - Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisəslərində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. 7 dekabr 1999-cu ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:



https://az.wikipedia.org/wiki/N%C9%99cib%C9%99_Behbudova

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç