Vaqif Mustafayev

Vaqif Mustafayev

Rejissor, ssenarist

BİOQRAFİYA

Vaqif Mustafayev 28 avqust 1953-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 3 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali Rejissorluq və Ssenaristlik kursunun rejissor bölməsini bitirib. "Azərbaycanfilm" kinostudiyasının çəkdiyi bir neçə bədii filmin müəllifidir. Filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb. Dövlət mükafatı laureatıdır. "Space" televiziya kanalının rəhbəridir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.
28 avqust 2013-cü ildə Vaqif Mustafayevə Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilib.
Vaqif Mustafayev Serbiya İncəsənət Akademiyasının fəxri professoru adına layiq görülüb, bu ali təhsil ocağında sənət adamlarına ustad dərsləri keçib. Serbiya prezidenti Tomislav Nikoliçin qərarı ilə 2 sentyabr 2013-cü ildə Vaqif Mustafayev Azərbaycan və Serbiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Serbiya bayrağı" ordeni ilə təltif edilib. Vaqif Mustafayev 8 may 2015-ci ildə Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın inkişafındakı böyük xidmətlərinə görə Rusiya Federasiyasının "Dostluq" ordeni ilə təltif olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Vaqif_Mustafayev

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç