Ceyhun Mirzəyev

Ceyhun Mirzəyev

Rejissor, aktyor

BİOQRAFİYA
Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. 12 yaşı olanda isə "Ögey ana"ya dəvət alır. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik idi. Belə ki o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə təqlid etməyi bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. Özü bu filmini görə bilmir. Amansız ölüm ona filmin premyerasında iştirak etməyə imkan vermir. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırılır. Ceyhun Mirzəyev 1993-cü ildə vəfat edib. Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyhun_Mirz%C9%99yev
FİLMOQRAFİYA
Rejissor
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç