Billi Bob Tornton

Billi Bob Tornton

Aktyor, ssenarist, rejissor, müğənni

BİOQRAFİYA

Billi Bob Tornton 4 avqust 1955-ci ildə Hot-Sprinqs şəhərində (Arkanzas ştatı, ABŞ) anadan olub. Atası Uilli Rey Tornton universitetdə tarix dərsi deyirdi, həmçinin əvəzçiliklə basketbol üzrə məşqçi işləyirdi. Anası - Virciniya Folkner görücü idi. Billidən başqa evdə üç oğlan da böyüyürdü. Hələ məktəbdə oxuyarkən, Bill musiqi karyerası arzulayırdı, "Stone Cold Fever" qrupunda təbilçi, "Tres Hombers" qrupunda isə solist kimi çıxış edirdi. Məktəbi başa vurduqdan sonra Los-Ancelesə köçür. O, aktyor, ən son məqamda isə ssenarist olmağı arzulayırdı. Həmin dövrdə onun kumiri Elvis Presli idi. Bir çox ulduzlar kimi ilk vaxtlarda bəxti gətirmir. Müxtəlif sahələrdə çalışır. 1989-cu ildə Kurt Rassel və Qoldi Houn kimi ulduzlarla “Gəmidən kənarda” filmində çəkilir. 1990-cı illərdə Tornton daha bir neçə filmdə, eyni zamanda məşhur “Ədəbsiz təklif” filmində çəkilir. Karyerasının ən uğurlu məqamı Uaylderin məsləhətini yada salaraq, anasını öldürən manyak qatildən bəhs edən “İtilənmiş ülgüc” filminə yazdığı ssenaridən sonra başlayır. Tornton filmə ssenari yazmaqla bərabər eyni zamanda rejissorluq edir və əsas personaj olan Karl Çayldersi canlandırır. Tənqidçilər tərəfindən müsbət qarşılanan film “Oskar” və “Saturn” mükafatlarına layiq görülür. Torntonun parlaq individual aktyorluğu və xarizması rejissorların sevimlisinə çevrilir. Onun ampluasında manyak-qatil, psixopat və qəribə şəxsiyyətlər obrazı üstünlük təşkil edirdi. ”Ölü”, “Döngə”, “Apostol” filmlərində özünü müxtəlif janrlarda sınayıb. 90-cı illərdə musiqi karyerasını da davam etdirir. Əsasən kantri janrında ifa edən aktyor albom yazdırır və dünya turnesinə çıxır. Aktyor beş dəfə ailəli olub. Sonuncu dəfə Ancelina Coli ilə evli olub (2000-2003). Beş arvadından dörd övladı var. Təyyarədə uçmaqdan qorxur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Billy_Bob_Thornton

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç