Oskar Uayld

Oskar Uayld

Dramaturq

BİOQRAFİYA

Oskar Uayld 1854-cü ildə Dublində (İrlandiya) anadan olub. Yaradıcılığa tələbəlik illərindən başlayıb. O bir çox nağılların müəllifidir. Onun nağıllarında xeyirlə şər arasındakı fərq, dostluq və sədaqətdən danışılır. "Bülbül və qızılgül" nağılında o, insanlarda olan yalanı, insan sevgisinin şan-şöhrətə, pula dəyişildiyini göstərib. Burada bülbül bir tələbənin sevgisi yolunda tökdüyü göz yaşlarına, ah-naləsinə dözməyib özünü qurban verir ki, tələbə al rəngli qızılgülü öz sevgilisinə apara bilsin. Lakin tələbə gələndə görür ki, artıq onun sevgilisi başqa bir varlı adama ərə gedib. Bu al rəngli, bülbülün canı bahasına əldə olunan qızılgülü o daş-qaşa satır. O başqasının daş-qaşını sevgilisinin qızılgülündən üstün tutur. Bunu görən tələbə məhəbbətin heç olduğunu görüb bundan sonra özünə ağıl sahibi olacağına söz verir. Oskar Uayldın nağıllarını oxuduqca H.X.Andersenin "Donuzotaran" nağılı yada düşür. Burada şahzadə qız həqiqi əşyalara məhəl qoymayıb cansız oyuncaqlara üstünlük verir. Uayld öz nağıllarında zəmanə insanlarının meşşan həyat tərzini, onların daş-qaşa, şan-şöhrətə aludə olduğunu göstərməyə çalışır. "Ulduz oğlan" nağılında isə o, kimsəsiz uşaqlardan, insanın öz gözəlliyindən, özündən çox razı olmasından, hətta öz doğmaları dilənçi vəziyyətində olduğu halda onları təhqir edib qovmaqla kifayətlənməyən oğlanı təsvir edie. Ulduz oğlan hətta öz doğma anasının dalınca daş da atır. Onun “İdeal ər”, “Dorian Qrey” və s. əsərləri əsasında müasir dörvdə filmlər çəkilib. O.Uayld 1900-cü ildə vəfat etmişdir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://az.wikipedia.org/wiki/Oskar_Uayld

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç