Tom Ueyts

Tom Ueyts

Musiqiçi, bəstəkar, aktyor

BİOQRAFİYA

Tom Ueyts 7 dekabr 1949-cu ildə Kaliforniya ştatında (ABŞ) anadan olub. Yaradıcılığının ilk illərində Ueyts caz, blüz, xalq mahnıları janrlarında özünü yoxlayıb. 1980-ci illərdən bu günə qədər isə eksperimental rokun indastrial, dark kabare və avanqard caz janrlarında mahnılar bəstələyir və ifa edir. Ueyts həmçinin, Cim Carmuşun “Yerdə bir gecə” və Frensis Ford Koppolanın “Səmimi qəlbdən” filmlərinin musiqilərini yazıb. İkinci filmə yazdığı musiqiyə görə “Oskar” mükafatına namizəd göstərilib. "Bone Machine" və "Mule Variations" albomlarına görə isə “Qremmi” mükafatına layiq görülüb. Hal-hazırda Kaliforniyada həyat yoldaşı Ketlin Brennan, qızı Kellsimon və oğulları Keysi və Sallivanla birlikdə yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_Waits

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç