Olqa Kurilenko 14 noyabr 1979-cu ildə Ukraynanın Zaporojye vilayətində anadan olub. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. "Glamour", "ELLE", "Marie Claire" və "Vogue" kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən “Sevgi üzüyü” (fransız filmi) olub. Sonradan “Paris, mən səni sevirəm” filmində epizodik rolda çəkilib. Ona məşhurluq gətirən rol isə 2008-ci ildə ekranlara çıxan “Mərhəmət Kvantı” filmi olur. İngilis agenti Ceyms Bondun macəralarından bəhs edən film silsiləsinin davamı olan bu əsərdə Olqa Kurilenko "Agent 007"nin rəfiqəsi rolunu oynayır. 200 milyon dollara başa gələn film dünya prokatında 586 milyon dollar gəlir əldə edir. Olqa Kurilenko 2000-ci ildən 2004-cü ilə kimi fotoqraf Sedrik van Molemlə evli olub. Elə həmin ərəfədə aktrisa Fransa vətəndaşlığı alıb. 2006-cı ildən 2007-ci ilə kimi isə sahibkar Demian Qabriellə nikahda olub. Daha sonra Maks Benitslə evlənib və 3 oktyabr 2015-ci ildə oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Olqa_Kurilenko