Martin Makdonah
Rejissor, ssenarist
Martin Makdonah 26 mart 1970-ci ildə Londonun Kambervell rayonunda irland fəhlə və xadimənin ailəsində dünyaya gəlib. Valideynləri atasının doğma şəhəri Qolueyə qayıtsalar da, Martin və qardaşı Con Londonda qalıb. 16 yaşı tamam olandan sonra bir müddət işsizliyə görə müavinə alıb. Martinin qardaşı Con yazıçı olmağa çalışırdı, qardaşının bu cəhdlərindən həvəsə gələn Martin özü də əlinə qələm alıb və onun tutduğu yol daha uğurlu olub. Düzdür ilk 20-ə yaxın radiopyes və ssenarisi müxtəlif redaksiyalardan rədd cavabı alıb. Ancaq təslim olmayan Martin “Linen gözəlçəsi” pyesi ilə 1997-ci ildə böyük uğura imza atıb. Pyes sərasər səkkiz gün ərzində Brodvey səhnəsində oynanılıb. Ona “Evening Standard” və “Toni” teatr mükafatını qazandırıb. Yeddi pyes müəllifi və üç tammetrajlı filmin rejissorudur (“Brüggedə saya oturmaq” (2008), “Yeddi psixopat” (2012) və “Ebbinq, Missuri sərhədində üç lövhə” (2017). Ən yaxşı qısametrajlı bədii film nominasiyasında “Oskar” mükafatı laureatıdır. “Ebbinq, Missuri sərhədində üç lövhə” adlı kriminal tragikomediyası 2018-ci ildə “Oskar”, “Qızıl Qlobus”, “ABŞ kinoaktyorları Gildiyası mükafatı (baş qadın rolu nominasiyasında) qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Martin_McDonagh