Deniel Kadmor

Deniel Kadmor

Aktyor

BİOQRAFİYA

Deniel Kadmor 20 yanvar 1981-ci ildə Kanadanın Skvamiş şəhərində anadan olub. Denielin uşaqlığı doğulduğu şəhərdə keçib. Burada oxuyub, idmanla məşğul olub. Boyu 198 sm-dir. Gennon universitetində oxuyarkən aktiv şəkildə futbola maraq göstərir və iki il ərzində universitetin futbol komandasının üzvü olur. "Ən yaxşı oyunçu" kimi universitet tərəfindən təqaüd də alırdı. Universitetdə oxuduğu illər ərzində Deniel bir neçə dəfə reklam çarxında çəkilib. 2001-ci ildə tale üzünə gülür və məşhur “İks adamlar” filminin 2003-cü ildə ekrana çıxan ikinci hissəsində Koloss obrazına çəkilir. Bu filmdən sonra Deniel Kadmor məşhurlaşır. Müxtəlif televiziya layihələrinə dəvət olunur. Ən məşhur rollarından biri “Alatoranlıq” kinoseriyasında canlandıdığı Feliks Volturidir. Deniel Kadmoru həmçinin “Qaranlıqda tənha”, “Ölüm maşını”, “Ölən pələngin gecəsi”, “İks adamlar. Keçmiş gələcək günlər”, “Qanunsuz Beytaun” kimi filmlərdə görmək olar. Deniel Stefan Kadmorla ailə qurub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Daniel_Cudmore

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç