Karter Böruell

Karter Böruell

Bəstəkar

BİOQRAFİYA
Karter Böruell 18 noyabr 1954-cü ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. 1977-ci ildə animasiya və elektron musiqi üzrə təhsil aldığı Harvard universitetini bitirib. Böruellin musiqi karyerasına 1980-ci illərdən başlayıb. "The Same", "Thick Pigeon" və "Radiante" kimi qruplarda çıxış edib və filmlərə musiqi yazıb. İlk dəfə Koen qardaşlarının “Sadəcə qan” filminə saundtrek yazıb. Bundan sonra o Koen qardaşları ilə daimi əməkdaşlıq edir və onların filmlərinə yazdığı musiqilərlə tanınır. O, Koen qardaşlarının “Sən hardasan, qardaş?” filmi istisna olmaqla, bütün filmlərinin musiqisini yazıb. Karter həmçinin bir çox məşhur filmə də musiqi yazıb. Spayk Consun “Con Malkoviç olmaq”, “Adaptasiya”, “Bədheybətin yaşadığı yer”, Riçard Donnerin “Conspiracy Theory”, Martin Makdonahın “Brüggedə”, Ketrin Hardvikin “Alatoran” filmləri bu sıraya daxildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Carter_Burwell

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç