Cennifer Ceyson Li

Cennifer Ceyson Li

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Cennifer Ceyson Li 5 fevral 1962-ci ildə Hollivudda (Kaliforniya ştatı, ABŞ) anadan olub. Onun valideynləri - atası Vik Morro aktyor, anası Barbara Törner ssenarist idi. Onun iki yaşı olanda atası və anası boşanır. Əsl adı Cennifer Leiq Lidir. Karyerasına yeni başladığı vaxtlarda Cennifer Ceyson Morro atasının soyadından imtina edir, adını dəyişir və Cennifer Ceyson Li olur. O, Ceyson adını Morro ailəsinin yaxın dostu, aktyor Ceyson Robardın şərəfinə götürür. Yeniyetmə dövrlərindən (1970-ci illər) karyerasına başlayır və bir çox televiziya tamaşalarında rol alır. İlk uğurunu 1982-ci ildə “Fast Times at Ridgemont High“ filmində rol alaraq əldə edir. 1992-ci ildə “Bir ağıllı qadın” adlı filmi ona yenidən uğur gətirir və böyük səs-küyə səbəb olur. Daha sonra karyerasında sükut hökm sürür, amma 1995-ci ildə Ceyson Li daha bir filmdə rol alır - Keyti Beysti ilə “Dolores Kleyborn” filminə çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Jennifer_Jason_Leigh

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç