Kasya Smutnyak

Kasya Smutnyak

Aktrisa, model

BİOQRAFİYA
Kasya Smutnyak 13 avqust 1979-cu ildə Pila şəhərində (Polşa) doğulub. Polyak əsilli italyan model və aktrisadır. Polşanın Hava Qüvvələri Baş Qərargahının generalının qızıdır. 17 yaşında ikən Polşa gözəllik müsabiqəsinə qatılıb və ikinci yeri qazanıb. Karyerasına model olaraq başlayır və dünyanın nüfuzlu dizaynerləri ilə müqavilələr imzalayır. 2000-ci ildə Giorgio Paranillonun "Doğru zamanda" filmi ilə aktrisa kimi debüt edib. 2003-cü ildə isə gələcək həyat yoldaşı Pietro Taricone ilə tanış olduğu "Radio West" filminə çəkilib. Sonrakı illərdə film karyerasını televiziya karyerasına dəyişir. 2007-ci ildə "Hər şey sizin əlinizdə" filmində əsas rolu üçün ən yaxşı yeni aktrisa olaraq "Silver Libbon" və İtalyan "Qızıl Qlobus" filmləri mükafatına layiq görülüb. Geniş auditoriya onu Karolina rolu ilə "Parisdən sevgi ilə" filmi ilə tanıyıb. 2014-cü ildə Smutnyak “Kəmərləri bağlayın" filmindəki roluna görə "Gümüş Ribbon" mükafatına layiq görülüb, italyan film mükafatı "David di Donatello" üçün namizəd olub. 4 sentyabr 2004-cü ildə Roma şəhərində Smutnyak köhnə dostu və həyat yoldaşı Pietro Tariconedan qızı Sophianı dünyaya gətirir. Pietro Taricone 2010-cu ildə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daha sonra Kasya 2011-ci ildə prodüser Domeniko Prokaççi ilə evlənir. Onların Leon adlı oğulları var.Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BC%D1%83%D...

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç