Qrem Mur 18 oktyabr 1981-ci ildə Çikaqoda (ABŞ) anadan olub. İlk romanı olan “Şerlok Holmsun gündəliyi” əsəri ona şöhrət qazandırır. Kino karyerasına “Nifrətimin 10 səbəbi” serialının bir seriyasına ssenari yazmaqla başlayıb. Endryu Hocesin ingilis riyaziyyatçı və kompüterin yaradılmasında böyük pay sahibi olan Alan Türinq haqqında yazdığı “Alan Türinq: Eniqma” əsəri əsasında Qrem Murun yazdığı ssenari hər il keçirilən və hələ ekranlaşdırılmamış ən yaxşı ssenarilərin salındığı “Qara siyahı”ya 2012-ci ildə salınır. Məhz bu ssenari əsasında 2014-cü ildə “İmitasiya oyunu” çəkilir. Qrem Mur bu ssenariyə görə “Oskar” mükafatına layiq görülür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Graham_Moore_(writer)