Marat Başarov

Marat Başarov

Aktyor

BİOQRAFİYA

Marat Başarov 22 avqust 1974-cu ildə Moskvada (Rusiya) aktyorluq sənətinə heç bir aidiyyəti olmayan ailədə anadan olub. Atası çilingər, anası aşpazdır. Mlliyyətcə tatardır, inancına görə sünni müsəlmandır. Məktəbi bitirdikdən sonra Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur. Qardaşının təklifi ilə “Kanterville kabusu” tamaşası üçün aktyor seçimlərinə qoşulur və uyğun görülərək seçildikdən sonra iki mövsüm bu tamaşada oynayır. Moskva Dövlət Universitetini bitirdikdən sonra M.S.Şepkin adına Ali Teatr Məktəbinə qəbul olur. Təhsil aldığı müddətdə reklam çarxlarına çəkilib və filmlərdə epizodik rollar alıb. 2009-cu ildən “Ekstrasenslərin döyüşü” verilişinin 8-ci mövsümündən etibarən Mixail Poreçenkovu əvəz edib. 2015-ci ilin yayında isə Nataliya Bardo ilə birlikdə “Xanım və cənab KİV” teleşousunun aparıcısı olub. Şəxsi həyatına gəlincə, Başarov studiya meneceri olan Yelizaveta Krutsko ilə imam nikahında yaşayıb. Yelizaveta bu izdivacın xətrinə islamə qəbul edib və Leyla adını alıb. 2004-cü ildə cütlüyün Ameli adlı qızı olub. 2009-cu ildə fiqurlu konkisürən Tatyana Navka (2014-cü ildən RF Prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır) ilə əlaqələrinə görə Krutskodan ayrılır. 2014-cü ilin may ayında  aktrisa Yekaterina Arxarova ilə evlənir. Lakin elə həmin ilin oktyabrında Arxarova beyin silkələnməsi və çoxsaylı zədələrlə xəstəxanaya yerləşdirilir. 2015-ci ilin martında cütlük boşanır. 2016-cı ilin iyulunda Başarov elan edir ki, ondan hamilə qalan fanatı Yelizaveta Şevırkova ilə evlənir. Oğlu Marsel 2016-cı ilin iuylunda dünyaya gəlir. Cütlüyün nikahı 2017-ci ilin sentyabrında baş tutur. 2018-ci ilin dekabrında Şevırkova burun sümüyünün sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Alkoqol asılılığı olan Başarov və Şevırkova 2019-cu ilin martında boşanır. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Marat_Basharov

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç