İqor Qrinyakin
Operator
İqor Qrinyakin 24 fevral 1981-ci ildə Belqorodda (Rusiya) anadan olub. 2003-cu ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetini bitirib (operator fakültəsi, Vadim Yusovun sinfi). İqor Qrinyakin Sergey Bodrovun "Rabitəçi" filmində ikinci operator kimi işləyib. 20 sentyabr 2002-ci ildə Karmadon dərəsində buz sürüşməsi nəticəsində demək olar ki, filmin bütün işçi qrupunun həlak olması filmin çəkilişlərinin dayandırılmasına səbəb olur. Bu faciədə 120-dən çox insan xəsarət alıb.
İqor oranı hadisə baş verməmişdən cəmi 10 dəqiqə əvvəl tərk etmiş və möcüzə sayəsində sağ qalmağı bacarmışdı.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: