Leyk Bell

Leyk Bell

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Leyk Kerolayn Siqel Bell 24 mart 1979-cu ildə ABŞ-ın Nyu-York şəhərində Robin Bell və Harvi Siqelina ailəsində dünyaya göz açıb. Anasının əsli – anqlo-sakson protestant, atası isə yəhudidir. Habelə Leyk hamını əmin edir ki, o yəhudi deyil. Leykin Lük Siqel adlı böyük qardaşı və iki – Kortni və Makenzi adlı ögey bacıları var. Bell Nyu-Yorkun Çapin-Skul məktəbində oxuyub. Daha sonra Uestminster məktəbində təhsilini davam etdirib. Gəncliyi Florida ştatında keçib. Orada bir müddət Müqəddəs Eduard adına məktəbdə oxuyub. Böyük kinoda daha çox “Kadr arxası” (2013), “Təmənnasız” (No Strings Attached, 2011), “Adi çətinliklər” (Its Comlicated, 2009), “Kişi Ol” (Man Up, 2015) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 55 televiziya/bədii film və serial rolu var. Şəxsi həyatına gəlincə 2011-ci ildə rəssam və tatu ustası Skott Kempbellə görüşməyə başlayıb. 2012-ci ilin martında Bellin ad günündə onlar nişanlanıblar. 2013-cü ilin iyun ayında isə münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün bu nikahdan 2014 təvəllüdlü Nova adlı qızı və 2017-ci il təvəllüdlü Ozqud adlı oğlu var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B5%D0%BB%D0%BB,_%D0%9B%D0%B5%D0%B9%D0%BA

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç