Anton Megerdiçev 22 iyul 1969-cu ildə Moskvada (Rusiya) anadan olub. 1993-cü ildə Moskva Dəmir Yolu Mühəndisləri Universitetinin avtomatika və telemexanika fakültəsini bitirib. Leonid Parfyonovun “Arxa fonda portret” verilişində rejissor kimi işləyib. 1993-2005-ci illərdə 12 il ərzində müxtəlif sənədli filmlərdə onunla birlikdə çalışıb. Telefilmlərlə yanaşı, reklam çarxlarının, teleşouların rejissoru kimi işləyib. “Kennedini öldürmək” (2003), “Ölüm adlı atlının izləri ilə” (2004) sənədli filmlərin rejissorudur. 2000-ci ildə “Canlı güllə” sənədli filminə görə “TEFİ-2000” mükafatına layiq görülüb. 2004-cü ildə “Kennedini öldürmək” filmində “TEFİ” mükafatının finalçısı olub. 2017-ci ildə çəkilən “Zirvəyə doğru” filminin rejissoru olub. Bu film Rusiya film tarixinin ən çox gəlir gətirən kinosudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%B3%D0%B5%D1%80%D0%B4%D0%B8%D1%87%D0%B5%D0%B2,_%D0%90%D0%BD%D1%82%D0%BE%D0%BD_%D0%95%D0%B2%D0%B3%D0%B5%D0%BD%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87