Stiven Qoldblatt
Kinooperator
Stiven Qoldblatt 29 aprel 1945-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində anadan olub. Yeddi yaşındaykən o, ailəsi ilə birlikdə Londona köçüb. 18 yaşındaykən Londonun "Sunday Times" qəzetinin fotojurnalisti olaraq işə başlayıb. Guildford İncəsənət məktəbinə daxil olub. Sonra "Shepperton Studios-da Lions Films" üçün işləyərkən kinoya olan marağı artır. Qoldblatt karyerasına sənədli film və reklam üçün operator kimi başlayır. 1972-75-ci illərdə Alan Parker, Ridli Skott və Brayn Gibson kimi rejissorlar üçün televiziya reklamlarının çəkilişində iştirak edir. Qoldblatt 1980-ci illərin ortalarında bədii filmlərə keçid edir. O, indi Meksikanın San Miquel de Allend şəhərində yaşayır. Üç övladı var. Evdə olanda Qoldblatt hovuza və balıqlara baxmağı, bağda işləməyi, gitara çalmağı, həyat yoldaşı Debora ilə vaxt keçirməyi xoşlayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Goldblatt