Dayan Leyn

Dayan Leyn

Aktrisa

BİOQRAFİYA
Dayan Leyn 22 yanvar 1965-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. O, uşaqlığından bəri aktyorluqla məşğuldur. İlk dəfə altı yaşı olanda filmə çəkilir. 13 yaşında isə ingilis aktyor Lorens Olivye ilə birlikdə Corc Royun “Kiçik roman” filmində rol alıb. Növbəti illərdə Dayan Leyn ciddi və iddialı layihələrdə yer alır. 1995-ci ildə Silvestr Stallone ilə birlikdə “Hakim Dredd”, 1996-ci ildə Robin Uilyamsla “Cek”, 1997-ci ildə Uesli Snaypsla “Ağ evdə qətl” filmlərində rol alıb. 2000-ci ildə o, “İdeal qasırğa” filmində baş rola çəkilir. 2002-ci ildə baş rolda çəkildiyi və ərinə xəyanət edən qadın obrazı yaratdığı “Vəfasız” filmi onun karyerasında əsl dönüş nöqtəsi olur. Bu rola görə o, bir neçə mükafat qazanır, “Qızıl Qlobus” və “Oskar”a namizədliyi verilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Diane_Lane

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç