Hani Əbu-Əssəd

Hani Əbu-Əssəd

Rejissor

BİOQRAFİYA

Hani Əbu-Əssəd 1961-сi ildə Nəzarət şəhərində fələstinli ailədə anadan olub. Hollandiyada təyyarə istehsalı ixtisasını bitirib və ixtisasına uyğun olaraq mühəndis kimi işləyib. Sonra isə ssenarist kimi kino sahəsində işləməyə başlayır. Onun layihələri arasında BBC üçün çəkdiyi “Qəzzada uzun günlər” sənədli filmi də var. 1992-ci ildə o, özünün ilk qısametrajlı filmini - “Kağız ev”i çəkir. Film evləri uçurulduqdan sonra özü üçün ev tikməyə çalışan 13 yaşlı fələstinli uşağın məcaraları haqqındadır. Bu film Hollandiya televiziyasında göstərilib və beynəlxalq kino festivallarda bir neçə mükafata layiq görülüb. Növbəti il Hani Əbu-Əssəd Rəşid Maşaravinin “Komendant saatı” filminin prodüseri olur. Bu "Argus Film Productions", WDR, ARTE və AVROnun beynəlxalq layihəsi idi. Bu iş yüksək qiymətləndirilir, Qahirədə “Qızıl Ehram” mükafatına, Kannda isə YUNESKO mükafatına layiq görülüb.
2000-ci ildə Hani Əbu-Əssəd və Bero Beyer "Augustus Film" şirkətini yaradıblar. 2002-ci ildə Hani “Rənanın toyu” filmini çəkir. Bu proyekt Fələstin Mədəniyyyət Nazirliyi və Fələstin Kino Fondunun köməyi nəticəsində ərsəyə gəlir. 2015-ci ildə Hani Əbu-Əssəd özünün altıncı tammetrajli filmini - “Kumiri”i çəkir. Film 2013-cu ildə ərəb şousu “Kumir”in qalibi olan Məhəmməd Əssafın inanılmaz həyat hekayəsi barəsindədir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Hany_Abu-Assad

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç