Firəngiz Qurbanova
Rəssam
Firəngiz Qurbanova 12 mart 1943-cü ildə Bakı şəhərində anadan olub. Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunudur. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. "Birlik" studiyasına rəhbərlik edib. "Alma almaya bənzər", "Şir evdən getdi", "Gümüşü furqon", "Ad günü" və s. bədii filmlərin quruluşçu rəssamıdır, "Seans", "Bulud niyə ağlayır", "Anam ağacda" və s. cizgi filmlərinin quruluşçu rəssamı və rejissorudur. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Fəxri adına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Fir%C9%99ngiz_Qurban...