Arif Babayev

Arif Babayev

Kinorejissor

BİOQRAFİYA
Arif Babayev 25 sentyabr 1928-ci ildə İçərişəhərdə (Bakı, Azərbaycan) kolxoz bazarlarının ("Passaj", "Kömürçü" və "Təzə bazar") müdiri olan Hacağa Babayev və evdar qadın Səriyyəxanım Babayevanın ailəsində anadan olub. Əmisi Əliağa Babayev Mərkəzi Komitədə yüksək vəzifədə işləyib. Arif Babayev ailədə beş qardaşın ən böyüyüdür. Qardaşı Vasif Babayev televiziya və sənədli filmlər rejissorudur, evin ən kiçik oğlu Azər Babayev isə televiziya rejissoru olub. Arif Babayev “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Alma almaya bənzər” kimi filmlərin rejissorudur. Evli qadına aşiq olan rejissor heç vaxt evlənməyib. Arif Babayev AzTV-nin rus redaksiyasında redaktor işləyən Nina Yarovaya adlı yəhudi qadını sevirmiş və münasibətləri qarşılıqlı imiş. Lakin Nina Yarovaya ailəli olduğundan onların izdivacı baş tutmur. “Gün keçdi” filmindəki Oqtay rejissorun prototipidir - Oqtayın tənhalığı, evi, Əsmərə münasibətdə göstərdiyi çəkingənlik eynən Arif Babayevin həyat tərzinə aiddir. Yəni Oqtay - Arif Babayevin daxili dünyasının təzahürüdür. "Uşaqlığın son gecəsi" filmindəki Davud ("Fantomas" ləqəbli obraz) rejissorun digər qardaşı Akifin prototipidir. Üç rejissor oğul böyüdən ailənin bu övladı quşbaz olub, o, uzaqmənzilli avtobus sürücüsü işləyirmiş. Həmin filmdə Davudun evinin qarşısında görünən motosiklet və göyərçinlər də Babayevlər ailəsinə məxsus olub. Bu obraz qardaşlar arasına nifaq salır və Arif Babayev İçərişəhərdən köçüb kirayə ev tutur. Ailənin digər övladı, İspaniya Kommunist Partiyasının fəal üzvü Xose Diasın şərəfinə adlandırılan Xose Dias Babayev ticarətçi olub. Rejissor Arif Babayev 40 yaşında şəkər xəstəliyinə tutulur, lakin 26 avqust 1983-cü ildə 55 yaşında xəstəxanada vərəm xəstəliyindən vəfat edir. Arif Babayev Azərbaycan kinosunda romantizmin banisi hesab edilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Arif_Babayev_(rejissor)




FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç