Fərman Kərimzadə

Fərman Kərimzadə

Yazıçı, ssenarist, rejissor

BİOQRAFİYA

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub. İbtidai təhsilini orada alıb (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb (1955-1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi işləyib (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib olub (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olub. Şüvəlan Yaradıcılıq Evinin direktoru (1980-1981) işləyib. F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir. F.Kərimzadə 1989-cu il martın 17-də vəfat edib.




arvadı Xalidə Kərimzadə Şamaxıdan olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/F%C9%99rman_K%C9%99r...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç