Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Şamaxı xanı Mahmud ağa Əliyevin nəticəsidir. Atası Dağıstanın Buynaksk şəhərindəndir. Ailə varlı olduğu üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra o nəslin nümayəndələrinin yarısı Mahaçqalada, yarısı Kislovodskda, yarısı Qafqazın başqa şəhərlərində məskunlaşıb. Hacı Əhməd isə Bakıda məskunlaşıb. Hələ məktəbdə oxuduğu dövrdə Hacı Murad Yagizaov dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir
. "Ögey ana", "Ulduz", "Mateo Falkone", "Uzaq sahillərdə", "Babək", "Bir cənub şəhərində", "Böyük dayaq", "Arşın mal alan" və sair filmlərdə çəkilib. Azərbaycanın xalq artistidir (1982). Hal-hazırda həyat yoldaşı və qızı ilə birlikdə Almaniyanın Münhen şəhərində yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Hac%C4%B1_Murad_Yagi...