Kamil Nəcəfzadə

Kamil Nəcəfzadə

Rəssam

BİOQRAFİYA

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 dekabr 1929-cu ildə Lənkəranda (Azərbaycan) doğulub. 1948-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü deyib. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin "Knyaz", 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun "Fərhad və Şirin" tamaşalarını göstərmək olar. 40-a yaxın filmin, o cümlədən "Uzaq sahillərdə", "Bir cənub şəhərində", "Qaçaq Nəbi", "Ad günü" filmlərinin quruluşçu rəssamıdır. Rejissor Şamil Nəcəfzadənin atasıdır. Kamil Nəcəfzadə 29 iyun 2011-ci ildə, 82 yaşında vəfat edib. Məzarı Bakının Yasamal qəbiristanlığındadır. 


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kamil_N%C9%99c%C9%99...
FİLMOQRAFİYA
Rəssam
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç