Arya Əziminejad 1973-cü ildə İranda incəsənət xadimlərinin ailəsində anadan olub. Babası ona setar (İran musiqi aləti) çalmağı öyrədir, sonralar Cəlal Zolfonun, Mahmud Tajbaxış və Əli Əsgər Zand Vəkil kimi İran musiqisnin ustad adlarından dərslər alıb. 1993-cü ildə o, musiqi təhsili almaq üçün “Azad” universitetinə qəbul olunur və Fərhad Fəxrəddini və Mustafa Kamal Purtorab kimi ustadlardan dərs alıb. Universitetin 2-ci kursunda oxuyanda o bəstəkar kimi fəaliyyətə başlayır və teatrlar üçün musiqilər bəstələyir. Sonra o beynəlxalq teatr festivalının ən yaxsı musiqi mükafatına namizədi kimi göstərilmişdir. Bu onun kino və televiziyaya olan yolunu açır və ona yadda qalacaq işlər görmək üçün imkan yaradır.
“M for Mother” filmi üçün və “O bir mələk idi” televiziya verilişi üçün bəstələdiyi mahnılar onu İranın ən yaxşı bəstəkarları siyahısına salır. Beynəlxalq “Fəcr” festivalında “M for mother”, “Qızıl və Gümüş” və “Torpağın uşaqları” filmlərinə görə ən yaxşı film bəstəsi və “Cinema House” mükafatlarına namizəd göstərilib. 2004-cu ildə Britaniyada fərdi şəkildə setar ifasına görə Lanqolen beynəlxaq müsiqi festivalında ikinci dəfə əsas mükafata layiq görülüb. Məşhur ingilis bəstəkarı Joselin Pukla olan əməkdaşlığı ona “Brick Lane“ və bir neçə filmə müsiqi yazmaq imkanı qazandırır. O həmçinin bir çox tanınmış İran müğənniləri üçün də mahnılar bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Arya_Aziminejad