Lətif Yəhya

Lətif Yəhya

Ssenarist

BİOQRAFİYA
Lətif Yəhya 20 iyun 1964-cü ildə Bağdadda (İraq) anadan olub. Yəhya iddia edir ki, İran-İraq müharibəsi dövründə Səddam Hüseynin oğlu Udey Hüseynin dublyoru olub. O, şəxsən Səddam Hüseynin özündən onun sarayında işləməsi üçün məktub alır və saraya gəldikdən sonra ona təhlükəli şərtlər altında ictimai çıxışlar etmək şərti ilə Udeyin dublyoru olmaq təklif edilir. Təklifi qəbul etməyən Yəhya bir nəfərlik kameraya aparılır və burada müxtəlif işgəncələrə məruz qaldıqdan sonra təklifi qəbul etməyə məcbur olur. O, 6 ay Udeyin nitqini və jestlərini öyrənir. Xarici görünüşünün Udeyə daha çox oxşaması üçün plastik əməliyyatlar keçirib. İraq müharibəsi zamanı Yəhya, Udeyin dublyoru kimi döyüş bölgələrinə gedib və döyüşçüləri ruhlandırıb. Müəyyən bir müddət sonra Lətif Yəhyaya qarşı münasibət pisləşir və onunla pis davranılmağa başlanılır. Lətifin sözlərinə görə kasanı daşdıran son damla, Udeyin qadının Lətiflə daha çox maraqlanması olur və bundan sonra Udey onu ayağından güllə ilə vurur. Bundan sonra saraydan qaçmağı bacaran Lətifi kürd döyüşçüləri Udeya oxşadaraq əsir götürürlər. Onun Udey olmadığını başa düşdükdən sonra onu azadlığa buraxırlar. 1992-ci ildə Lətifə Avstraliyada sığınacaq verilir və ora köçür. O, öz həyatı haqqında 3 kitab yazıb və “İblisin Əkizi” filmini çəkib. Hazırda biznes və şou-bizneslə məşğuldur. İrlandiyada yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Latif_Yahia
FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç