Kristina Epplgeyt

Kristina Epplgeyt

Aktrisa

BİOQRAFİYA
Kristina Epplgeyt 25 noyabr 1971-ci ildə Kaliforniyada (ABŞ) doğulub. Amerikalı kinoaktrisa 2003-cü ildə "Emmi" mükafatı laureatı olub. Bundan başqa, "Qızıl Qlobus" və "Toni" mükafatlarını qazanıb. 90-cı illərin ortasında Kristina Tim Börton və Qreqq Araki kimi art-haus ustalarının diqqətini çəkir. Beləliklə, o "Mark hücuma keçir", "Heç yerdə" filmlərində görünür. "Evli və Uşaqlı" filmindən sonra isə aktrisaya çoxsaylı təkliflər gəlir. 1998-ci ildə NBS kanalının rəhbərliyi onu "Cessi" serialına dəvət edir. “Uşaqlarla evli” serialında oynadığı şıltaq yeniyetmə Kelli Bandi rolu ilə məşhurlaşıb. Daha çox “Qəşəng qız” (2002), “Çox pis analar” (2016), “Teleaparıcı” (2004) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində ümumilikdə 77 televiziya və bədii filmdə rol alıb. 2018-ci ildə “Dead To Me” serialına çəkilməyə başlayıb. 2001-2007-ci illərdə Kristina aktyor Conatan Şekdə ərdə olub. 23 fevralı 2013-cü ildə musiqiçi Martin Li Nobli ilə evlənib. Cütlüyün nikahdan əvvəl doğulmuş Sedi Qreys Li Nobli adlı 2011-ci il təvəllüdlü qızları var. Kristina ictimai fəaldır və vegetariandır. Xəz dəridən olan geyimlərdən və ətdən imtina edib. Aktiv sosial-siyasi fəaliyyət aparır. 2008-ci ilin avqust ayında Kristinanın döş xərçəngindən əziyyət çəkdiyi məlum olub. Xəxtəliyi ən erkən mərhələdə aşkarlasalar da, aktrisa riski aradan qaldırmaq üçün ən radikal metodu, hər iki döşünün kənarlaşdırılmasına icazə verib. Əməliyyat uğurla aparılıb, Kristina sağalıb. 2017-ci ildə xərçəngin meydana gəlmə ehtimallarını aradan qaldırmaq üçün təkrar profilaktik prosedurdan keçdiyini elan edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BF%D0%BF%D...

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç