Loran Bato

Loran Bato

Aktyor

BİOQRAFİYA

Loran Bato – fransalı aktyordur. Şəxsi həyatını mətbuatdan gizli saxlayır. Onun bioqrafiyası haqqında çox az məlumat var. Hətta doğum tarixi də sirr olaraq qalır. Bununla belə Loran ölkəsində ikinci plan rollara ən tələb olunan, ən istedadlı və məhsuldar aktyorlardan biridir. Aktyorun debütü “Ekstrimal şərait” serialında baş tutub. Serial ekstrimal idman növləri üzrə ixtisaslaşmış idman akademiyasındakı tələbə həyatından bəhs edir. Orada Loran tibb işçisi rolunu oynayıb. 1996-cı ildə onun iştirakı ilə ilk filmi “Kapitan Konan” ekranlara çıxıb. Ekran əsəri Birinci Dünya Müharibəsi hadisələrindən bəhs edir. Aktyora ikinci dərəcəli rol - Perin adlı sıravi əsgər rolu nəsib olub. Uğurlu çıxışından sonra prodüser və rejissorların diqqətini cəlb edib, müxtəlif serial və filmlərin çəkilişlərinə dəvət olunub. “Yalnız biri”, “Uçuş” , “Ölünün səzgüzəştləri, “Belfeqor – Luvrun kabusu”, “Mənim həyat yoldaşım aktrisadır” kimi filmlərə çəkilib. Karyerası ərzində ümumilikdə 72-dən çox bədii film və serialın çəkilişində iştirak edib. Kifayət qədər tanınmış aktyor olmasına rəğmən, qısametrajlı filmlərə çəkilməklə bağlı təklifləri də rədd etmir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://megogo.net/ru/name/3418-loran-bato.html 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç