Bonni Hant
Aktrisa
Bonni Hant 22 sentyabr 1961-ci ildə Çikaqo şəhərində (ABŞ) doğulub. Anası evdar qadın, atası elektrik olub. 1982-ci ildə Hant Çikaqodakı “Northwestern Memorial Hospital” xəstəxanasının onkologiya şöbəsində tibb bacısı vəzifəsində çalışıb. 1984-cü ildə o, “An Impulsive Thing” komediya qrupunun yaradılmasında iştirak edib. 1990-cu ildə Hant “Grand” serialinda çəkilib. 1993-cü ildə yaxın dostu Devid Lettermanla birgə “Bina” filminin prodüserliyinə başlayıb. 2002-ci ildə Hant televiziyaya “Bonninin həyatı” ilə qayıdıb. Bu serialda oynadığı rola görə o, 2004-cü ildə ilk dəfə “Emmi” mükafatına namizəd olub. Hant “Bethoven” və “Bethoven 2” filmlərində Alisa Nyuton, “Cumanci”də Sara Uitl / madam Serena, “Topdan daha ucuzdur” və “Topdan daha ucuzdur 2”də Keyt Beyker kimi yadda qalıb. Həmçinin, Hant “Pixar” cizgi filmlərində müxtəlif personajları səsləndirib: “Cücünün həyatı”nda Rozi, “Bədheybətlər 1”də xanım Flint, “Maşınlar” və “Maşınlar 2”də Salli Karrera, “Oyuncaq əfsanəsi 3”də Dolli. 1988-2006-cı illərdə bankir Con Mörfi ilə evli olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bonnie_Hunt