Marko Pontekorvo
Rejissor, ssenarist, prodüser, operator
Marko Pontekorvo – italiyalı kinooperator və rejissordur. 8 noyabr 1966-cı ildə Roma şəhərində (İtaliya) anadan olub. Karyerasının əvvəlində ağ-qara fotoqrafiyaya maraq göstərsə də, sonradan atası Grillo Pontekorvo kimi rejissor olub. 1997-ci ildə operator qismində “Yalnış istiqamətdə üzən” filmində debüt edib. Ən çox “Roma”, “Sonuncu legion”, “Cülyettaya məktub”, “Taxt oyunları” (serialın epizodları) üzərində gördüyü işlərə görə tanınır. “Pa-ra-da” adlı ilk filmi bir sıra beynəlxalq mükafatlara, o cümlədən "Ən yaxşı debütant rejissor" nominasiyasında "Gümüş Lent" və "Ən yaxşı debütant rejissor" nominasiyasında "David di Donatello" mükafatına layiq görülüb. 2020-ci ildə rahibə Lüsiyanın xatirələri əsasında lentə alınmış “Fatimə” adlı bioqrafik dramı çəkib. Filmin həm rejisssoru, həm də ssenaristi və prodüseridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: