Co Törkel
Aktyor
Co Törkel 15 iyul 1927-ci ildə ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində anadan olub. On altı yaşında olanda Birləşmiş Ştatlar ordusuna qoşulub. İkinci dünya müharibəsi dövründə Avropa Hərbi Əməliyyatlar Teatrında xidmət edib. Müharibədən sonra aktyor olmağı qərara alıb. 1949-cu ildən başlayaraq 90-dan çox bədii filmdə rol alıb. İlk filmini “Səhrada qılınc” filmində oynayıb. Aktyorluq karyerasına 1998-ci ildə son qoyub. Bəzi filmlərin titrlarındə adı Cozef Törkel kimi təqdim olunur. 2014-cü ildə verdiyi müsahibədə Törkel öz filmoqrafiyasından ən çox sevdiyi filmin “Şərəf cığırı” filmi olduğunu etiraf edib. Hazırda Cənubi Kaliforniyada yaşayır və ssenari yazmaqla məşğuldur. Daha çox “Ülgüc üzərində qaçan” (1982) fantastik trilleri, həmçinin Stenli Kubrikin ”Qətl” (1956), “Şərəf cığırı” (1957), “İşartı” (1980) filmlərində oynadığı rollara görə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%91%D1%80%D0%BA%D0%B5%D0%BB,_%D0%94%D0%B6%D0%BE