Deril Hanna

Deril Hanna

Aktrisa

BİOQRAFİYA

Deril Kristin Hanna 3 dekabr 1960-cı ildə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Valideynləri o uşaq olanda boşanıblar. Anası sonradan ikinci dəfə ərə gedib. Derilin səkkiz bacı-qardaşı var. Uşaqlıqda həkimlər onun autist olduğundan şübhələniblər, o həmdə yuxusuzluqdan əziyyət çəkib. Üç yaşında olanda nənəsinin evində bədbəxt hadisə nəticəsində sol barmağını itirib. Aktrisa olaraq fəaliyyətə başladıqdan sonra əlilliyini xüsusi əlcək geyinməklə və ya həmin əlini cibinə qoymaqla gizlətməyə çalışıb. 1970-ci illərdə Los-Ancelesə köçüb. Əvvəl rəqqasə olmağı arzulayıb, ancaq sonradan aktrisalığa meyil salıb, bununla əlaqədar Cənubi Karolina Universitetində aktyorluq ixtisası üzrə təhsil almağa başlayıb. Kinoya gəlişində əmisi Haskell Uekslerin də xüsusi təsiri olub (Ueksler operator işinə görə iki qat “Oskar” laureatıdır. Deril Hanna kinoda 1978-ci ildə “Qəzəb” filmində debüt edib. 178 sm boyu, gözəl bədən quruluşu və siması olan aktrisa Ridli Skotun “Ülgüc Üzərində Qaçan” filmində oynadığı android Pirs rolu ilə məşhurlaşıb. 1986-cı ildə “Mağara ayısının klanı” filmində baş rolu ifa edib. Elə həmin il “Hüquq qartalları” filmində Robert Redford və Debra Uinqerlə çəkiliş meydançasını bölüşüb. 1987-ci ildə Oliver Stounun “Uoll Strit” kriminal dramında rol alıb. Oynadığı rola görə, “ən pis ikinci plan rolu” nominasiyasında “Qızıl moruq” mükafatı alıb. 2003-cü ildə Kventin Tarantinonun “Billi öldürmək” filmində antoqonist personajlardan birini canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D0%BD%D0%BD%D0%B0,_%D0%94%D1%8D%D1%80%D0%B8%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç