Kayl Qallner

Kayl Qallner

Aktyor

BİOQRAFİYA
Kayl Qallner 22 oktyabr 1986-cı ildə Qərbi Çesterdə (Pensilvaniya ştatı, ABŞ) anadan olub. Kayl "West Chester East High School"un məzunudur. Aktyorluq karyerası bacısını kastinqlərin birinə aparanda başlayıb. İlk rolunu 1994-2003 illərdə yayımlanmış ”Mələyin toxunuşu” serialında oynayıb. Qallner mütəmadi olaraq Amerika telelayihələrinə dəvət alır. ”Detektiv Raş”, “CSİ. Cinayət yeri Nyu-York”, “Sümüklər”, “Həyat hökmdür”, “Qanun və intizam. Xüsusi korpus”, “Gəzən ölülər” və digər layihələrdə iştirak edib. 2009-cu ildə real hadisələrə əsaslanan “Konnektikutdakı kabuslar” filmində baş rolda çəkilir. Film tənqidçilər tərəfindən bəyənilməsə də, Kaylın oyunu müsbət qiymətləndirilir. Qallner həmçinin “İsti amerikan yayı”, “Gözəl məxluqlar”, “Gecə bağları”, “Kürən”, “Amerikalı snayper” filmlərində də çəkilib. Gənc olmasına baxmayaraq, bu günədək Kayl Qallner 50-dən çox film və serialda çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kyle_Gallner


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç