Sienna Miller

Sienna Miller

Aktrisa, fotomodel

BİOQRAFİYA

Sienna Miller 28 dekabr 1981-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Altı yaşı olanda valideynləri boşanır. O, anası Cozefin Millerlə Londona köçür. Aktrisa İngiltərədə Eskot şəhərində pansionda təhsil alır. 18 yaşı tamam olanda “dumanlı albion”u tərk edərək, Nyu-Yorka qayıdır. Bir il ərzində Li Strasberqin aktyorluq dərnəyinə gedir. 2002-ci ildə “Co Rayd” filmində çəkilir. 2005-ci ildə Hit Lecerlə tərəf-müqabili olduğu “Kazanova” filmi ekrana çıxır. Siennanın yadda qalan rollarından biri 2007-ci ildə çəkildiyi “Ulduz tozu” filmindəki Viktoriya roludur. 2008-ci ildə “Hippi Hippi Şeyk” filmi ilə tamaşaçıların görüşünə gəlib. 2006-cı ilin əvvəlində şəxsi cins brendinin buraxılması üçün “Pepe Jeans” brendi ilə müqavilə bağlayıb. Aktrisa dəfələrlə kinematoqrafiya sahəsində "Teen Choice Awards", "Empire Awards", BAFTA, "Razzie Awards" mükafatlarına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Sienna_Miller

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç