Cim Störcess

Cim Störcess

Aktyor, müğənni

BİOQRAFİYA

Ceyms Entoni Störcess 16 may 1978-ci ildə Londonda (İngiltərə) anadan olub. Gənc yaşında skeytbord həvəskarı olub. 15 yaşında ilk musiqi qrupunu yaradıb. Störcessin kinoda ilk rolu 2007-ci ildə Evan Reyçel və Co Anderson ilə birlikdə çəkildiyi “Kainatı keçərək” filmində Cud Fini obrazıdır. 2008-ci ildə Skarlett Yohanson, Natali Portman və Erik Bana ilə birlikdə çəkildiyi “Boleyn nəslindən daha biri” filmi böyük ekranlara çıxır. Aktyor Corc Boleyn rolunda çəkilir. 9 sentyabr 2012-ci ildə “Buludlu atlas” tarixi-fantastika filminin premyerası keçirilir. Cim bu filmdə baş rollardan birini ifa edib. 2015-ci ildə Deniel Alfredsonun rejissoru olduğu “Cənab Haynekenin qaçırılması” filmində rol alır. 2016-cı ildə aktyorun iştirakı ilə “Heyvana yem ver” serialının ilk seriyası ekranlara çıxıb. Cim öz bəstələdiyi musiqiləri ifa edir. Aktyorluq karyerasına 90-cı illərin ortalarından başlayıb. “21” və “Kainatı keçərək” filmləri ona şöhrət qazandırır. 2014-cü ildə məlum olur ki, Störcess “Buludlu atlas” filmində tərəf-müqabili Pe Du Na ilə görüşür. 2015-ci ildə cütlük ayrılmaq qərarına gəlir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B5%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç