Ennio Morrikone

Ennio Morrikone

Bəstəkar

BİOQRAFİYA

Ennio Morrikone — dünya şöhrətli İtaliyan bəstəkarı, aranjimançı və dirijor. Kino və televiziya verilişləri üçün bəstələdiyi çoxsaylı musiqilərlə məşhurlaşıb. "İtaliya Respublikasına xidmətinə görə" ordeninin böyük zabitidir. Kinematoqrafiyada görkəmli nailiyyətlərinə görə 2007-ci ilin "Oskar" mükafatının laureatı olub. Film üçün ən yaxşı musiqi "David di Donatello" İtaliya milli kinopremiyasının səkkizqat laureatı olub. Sercio Leon tərəfindən çəkilmiş "Bir neçə dollar çox" (1965), "Yaxşı, pis və qəddar" (1966), "Bir dəfə vəhşi qərbdə" (1968), "Mənim adım heç kimdir" (1973) filmlərinə yaratdığı musiqiyə görə Ennio bütün dünyada məşhurlaşdı. Ennio Morrikone 10 noyabr 1928-ci ildə Romada, professional caz trubaçalan Mario Morrikone və evdar xanim Libera Ridolfinin ailəsində anadan olub. Ailədə 5 uşaqdan böyüyü o idi. Morrikone 9 yaşı olduqda, Romada Müqəddəs Çeçiliya konservatoriyasına daxil olub. Bu konservatoriyada o ümumilikdə 11 il təhsil almış və 3 diploma yiyələnib - 1946-cı ildə truba sinifi üzrə,1952-ci ildə orkest r(fanfar) sinifi üzrə və 1953-cü ildə isə kompozisiya sinifi üzrə. Morrikonenin 16 yaşı olduqda, o, əvvəl atasının ifa etdiyi, Alberto Flamininin ansamblında ikinci turba yerini aldı. Ennio ansamblnan birlikdə pul qazanmaq üçün Romanın gecə klublarında və otellərində ifa edirdi. Bir il sonra Morrikone teatra düzəlir. Burada o, bir il musiqiçi kimi, daha sonra üç il bəstəkar kimi fəaliyyət göstərir. 1950-ci ildə o, radio üçün tanınmış bəstəkarların mahnılarını aranjiman etməyə başladı. Radio və konsertlər üçün musiqi düzəlişləri ilə Morrikone 1960-cı ilə qədər məşğul olur, lakin 1960-cı ildə teleşoular üçün musiqi aranjiman etməyə başlayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ennio_Morrikone

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç